📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş polis Şəhidlər xiyabanında ÖZÜNÜ ASDI

2022-07-06 21:29:00

Keçmiş polis Şəhidlər xiyabanında ÖZÜNÜ ASDI

Sumqayıt şəhərində keçmiş polis əməkdaşı intihar edib.

Hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edin ki, Fuad Ağayev səhhətindəki problemlərlə əlaqədar bir müddət öncə öz istəyi ilə polis orqanlarından xaric edilib. \\Konkret