📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş səfir Ramiz Mehdiyevi "türk dünyasının düşməni" adlandırdı - VİDEO

2022-04-26 14:30:00

Keçmiş səfir Ramiz Mehdiyevi

"Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan "Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”. 

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" kitabının təqdimatında çıxışı zamanı deyib.

"O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, - deyə o, əlavə edib. 

Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. (Bizim.media)