📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş səfir Yaşar Əliyevlə vida mərasimi keçirilib

2023-12-09 14:40:12

Keçmiş səfir Yaşar Əliyevlə vida mərasimi keçirilib

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Hurriyyet.az xəbər verir ki, mərhumun Bakıdakı evində təşkil olunan vida mərasiminə ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri qatılıb.

Qeyd edək ki, Y.Əliyev dekabrın 8-də vəfat edib.

Y.Əliyev 1948-ci ildə Bakıda anadan olub. O, Milli Məclisin I və II çağırış üzvü, parlamentin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Bundan əlavə, Y.Əliyev Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır. (Report)