"Kedicik"lərdən biri həbsxanada olan Adnan Oktarın yeni görüntüsünü paylaşdı - FOTO
2021-10-26 17:16:00
İlahiyyatçı Adnan Oktarın həbsxanadan yeni fotosu yayılıb.
Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, A.Oktarın şəklini yayan onun “kedicikləri”ndən biri olan Ayşe Koçdur.
A.Koç şəkli “Canım Adnan Oktar. Yeni şəkli ilə də əfsanədir. Oraları cənnətə çevirən adam” şərhi ilə paylaşıb.
Xatırladaq ki, məşhur ilahiyyatçı cinayət təşkilatı yaratmaq, ona rəhbərlik etmək və cinsi təcavüz kimi cinayətlərə görə 1075 il həbs cəzasına məhkum edilib.