📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kefim əladır” - İşdən çıxarılan nazir müavini

2022-02-04 20:11:00

“Kefim əladır” - İşdən çıxarılan nazir müavini

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

 

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib:

 

“Kefim əladır. Biraz işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

 

Qeyd edək ki, Elsəvər Ağayev 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

 

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.