📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

2023-09-25 19:47:52

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.

Xatırladaq ki, sentyabrın24-də Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Sentyabrın23-də isə Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində iri silah anbarı aşkarlayıblar.