📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcər sakini Goranboyda minaya düşüb

2025-05-31 14:15:52

Kəlbəcər sakini Goranboyda minaya düşüb

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır. 

APA