📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcər və Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub: “Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

2022-10-04 09:36:00

Kəlbəcər və Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub: “Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bu gün səhər saatlarında verdiyi açıqlamada Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimizin atəşə tutulduğu bildirilir.

Açıqlamada deyilir: “Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə  bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Hürr Tərcüman