Kəlbəcər yolunda yük maşını sürücüsü qəzada öldü
2026-11-01 14:40:24
Göygöldə ölümlə nəticələnən yol qəzası olub.
Modern.az-ın xəbərinə görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.
"Hovo" markalı yük maşını idarəetmədən çıxaraq, divara çırpılıb. Nəticədə sürücü, 58 yaşlı Göyçay sakini Əhliman Qəfərov hadisə yerində ölüb.
Araşdırma aparılır.