📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə 1 tondan çox çətənə bitkisi məhv edildi

2024-06-18 22:54:07

Kəlbəcərdə 1 tondan çox çətənə bitkisi məhv edildi

Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Hurriyyet.az"a verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə şəhər ərazisində yabanı halda bitən 1 ton 352 kq 3518 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.