📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

2024-05-03 13:49:39

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

oxu.az