📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə astronomik stansiya qurulacaq

2022-02-18 16:48:00

Kəlbəcərdə astronomik stansiya qurulacaq

Bizim təkliflərimiz əsasında gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra işə başlanılacaq.

Axar.az xəbər verir ki, bunu AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.

Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir. Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə mövcuddur.

Axar.az