📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə atəşkəs pozuldu

2023-08-14 14:20:00

Kəlbəcərdə atəşkəs pozuldu

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz qeyd olunan istiqamətdə cavab tədbirləri görüb.