📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə gərgin gecə: Ermənilər...

2022-10-10 09:06:00

Kəlbəcərdə gərgin gecə: Ermənilər...

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.