Kəlbəcərdə həlak olan hərbçimizə şəhid statusu verildi
2022-08-30 10:11:00
Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.
Hurriyyet.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
report.az