📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə hərbçimiz minaya düşdü

2022-04-20 09:46:00

Kəlbəcərdə hərbçimiz minaya düşdü

Kəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.

Hurriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.

Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.

O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb. Faktla bağlı araşdırma aparılır.