📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə maşını aşdı, sürücü öldü

2024-03-02 17:43:46

Kəlbəcərdə maşını aşdı, sürücü öldü

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.