Kəlbəcərdə mina partlayıb, 73 yaşlı şəxsin ayağı amputasiya olunub
2026-08-14 11:52:29
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə Xezerxeber.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.