📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdən ACI XƏBƏR gəldi

2022-08-26 22:31:00

Kəlbəcərdən ACI XƏBƏR gəldi

Kəlbəcərdə hərbi qulluqçumuz qəza nəticəsində həlak olub.

Hurriyyet.az xəbər verir ki, "Unikal"-ın məlumatına görə, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan Azərbaycan Ordusuna məxsus  "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1995-ci il təvəllüdlü Zaqatala rayon sakini, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Vahid Ərəblinski vəfat edib.

Qeyd  edək ki vəfat edən hərbiçimiz general Balakişi Ərəblinskinin nəticəsidir.