📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərə gedən karvanımızı erməni "polisi" də yoxladı - VİDEO

2022-02-03 09:30:00

Kəlbəcərə gedən karvanımızı erməni

Qarabağın ermənilər yaşayan hissəsindən keçən Azərbaycan maşın karvanına qarşı təxribat həyata keçirilib.

Hurriyyet.az Minval.az-a istinadən xəbər verir ki, avtomobil karvanını Rusiya sülhməramlıları ilə bərabər separatçı, cinayətkar qurumun "polisi" də yoxlayıb. Bu birmənalı şəkildə hüquq pozuntusudur.

10 noyabr anlaşmasının və digər anlaşmaların birbaşa pozuntusu deməkdir. Baş vermiş bu hadisə Azərbaycana hüquq və imkan verir ki, belə qanun pozuntularının qarşısını almaq üçün ən radikal addımlar atsın.