📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

2026-01-22 12:25:55

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin səhhətində ciddi problem yaranıb.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, K.Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Aparılan müayinələr nəticəsində ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Hazırda xəstəxana şəraitində müalicəsi davam etdirilir. Həkimlər birlik sədrinin səhhətini nəzarət altında saxlayırlar.