📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”

2026-03-07 22:09:03

Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”

"Gənc nəsil məcburdu Cavan Zeynallıya baxmağa? Cavanlar tanımır onu. 90 yaşında Cavan Zeynallını otuzdurmusuz əli əsə-əsə orda. 20 ilin lentini gəlib efirdə oxuyur".

Hurriyyet.info xəbər verir ki, bu barədə müğənni Kəmalə Günəşli danışıb.

Qeyd edək ki, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur. (Milli.Az)