Kəmaləddin Heydərov futbol matçında - FOTO
2023-07-27 20:24:00
Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.
Hurriyyet.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olacaq.
O, matçdan bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi Qəbələ şəhər stadionuna gəlib.
Qeyd edək ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.


