📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərov generala vəzifə verdi

2024-10-16 17:12:33

Kəmaləddin Heydərov generala vəzifə verdi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.

Hurriyyet.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Rəfail Mehdiyev məlumatı təsdiqləyib. O deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.