📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərov onları vəzifədən azad etdi

2022-09-13 11:39:00

Kəmaləddin Heydərov onları vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb işləri üzrə iki rəis müavini vəzifəsindən azad olunub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə polkovnik Rəfiq Faiq oğlu Mirişli FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, tibb xidməti kapitanı Mirzəyeva Aidə Rəfail qızı Tibb xidmətinin rəisinin müavini vəzifələrindən azad edilib.

Nazirin digər əmri ilə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev FHN Tibb xidməti rəisinin muavini təyin edilib.