📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərov polkovniki işdən çıxartdı

2022-07-05 17:47:00

Kəmaləddin Heydərov polkovniki işdən çıxartdı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzin rəisini vəzifəsindən azad edib.

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlunu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 09.03.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.