📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

2024-10-18 23:16:58

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Hurriyyet.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Zaur Böyükağa oğlu Quliyev sözügedən idarənin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Rəfi Məhəmməd oğlu Ağayev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.