Kəmaləddin Heydərov su basmış ərazilərə getdi - FOTO
2024-10-22 16:42:27
İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.
Hurriyyet.az xəbər verir ki, FHN-dən Bakupost.az -a verilən məlumata görə, oktyabrın 22-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.
Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
