KƏMALƏDDİN HEYDƏROVA İKİ YENİ MÜAVİN TƏYİN EDİLDİ - Yeni nazir müavinləri kimdir? + DOSYELƏR
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin edilib.
Hurriyyet.org "Qaynarinfo"-ya istinadən xəbər verir ki, xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.
Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.
Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni müavinlər buraya əlavə edilməyib.
Xatırladaq ki, K.Heydərovun üç müavini - general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndərildiyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, Nəbiyev Yusif Mahmud oğlu uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışırdı. O, 14 dekabr 2012-ci ildə daxili xidmət general-mayoru rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.