📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir

2022-02-09 12:21:00

Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir

Bu gün Azərbaycan Boks Federasiyasının yeni prezidenti müəyyənləşəcək.

Hurriyyet.az “Report”a istinadən xəbər verir ki, federasiyanın yeni rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq.

O, bu postda fövqəladə hallar naziri Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K. Heydərov 2009-cu ildən Azərbaycan Boks Federasiyasına rəhbərlik edir.

***

Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.