📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərovun məşhur hoteli satışa çıxarıldı

2022-06-15 10:51:00

Kəmaləddin Heydərovun məşhur hoteli satışa çıxarıldı

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” hoteli satışa çıxarılıb.

Hurriyyet.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib.

Bildirilir ki, hotelin qiyməti 72 milyon 750 min manatdır.

Qeyd edək ki, "Gilan Holding”ə məxsus olan "Qafqaz” hotellər şəbəkəsinə 13 hotel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.