📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərovun nazirliyi Bakıdakı məşhur restoranı qapatdı

2023-01-07 13:32:00

Kəmaləddin Heydərovun nazirliyi Bakıdakı məşhur restoranı qapatdı

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindəki məşhur restoranın fəaliyyətini dayandırıb.

Hurriyyet.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən "Təndir-Məndir" restoranında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edib.

Buna görə də "Təndir-Məndir" restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. 

yenisabah.az