📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest

2024-04-09 21:31:23

Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ” azarkeşlərini sevindirib.

Hurriyyet.az Sportinfo.az-a istinadən xəbər verir ki, Londonda yaşayan fəxri prezident kluba maliyyə dəstəyini davam etdirəcəyini bildirib.

Gənc biznesmen Premyer Liqada çətin günlər yaşayan “qırmızı-qaralar”ı I Liqada da tək buraxmayacaq.

Qeyd edək ki, region təmsilçisi hazırda 16 xalla Premyer Liqanın sonuncusudur. Qəbələlilər ondan 1 üst sıradakı “Kəpəz”dən 14 xal geri qalır.