Kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib
2026-04-24 16:28:31
Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.
Bu barədə Hurriyyet.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".