Kənddə baş verən yol qəzasında beş nəfər YARALANDI
2021-10-28 22:08:00
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ 21011 markalı minik maşını ilə BMW markalı avtomobil toqquşub.
Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. \\Ölkə.az