📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keniyada çoxmərtəbəli bina uçdu - Video

2026-10-24 11:45:11

Keniyada çoxmərtəbəli bina uçdu - Video

Keniyanın Nayrobi şəhərinin İstli (Eastleigh) məhəlləsində tikilməkdə olan çoxmərtəbəli bina uçub.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Tuna News Kenya” məlumat yayıb.

Yerli KİV-lərin xəbərinə görə, hadisə cümə günü günortadan sonra baş verib.

Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.

Hadisə nəticəsində ticarət fəaliyyəti dayanıb, nəqliyyatın hərəkətində isə ciddi çətinliklər yaranıb. Hazırda hadisə yerində, o cümlədən Keniya Qırmızı Xaç Cəmiyyəti də daxil olmaqla, fövqəladə hallar xidmətləri fəaliyyət göstərir.