📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kennedi ABŞ Prezidenti ola bilər

2023-04-06 10:56:00

Kennedi ABŞ Prezidenti ola bilər

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak eləmək üçün sənədlərini Federal Seçki Komissiyasına təqdim edib.

Ekologiya məsələləri üzrə hüquqşünas və aktivist, vaksinasiya əleyhinə çıxış edən Robert Kennedi öz namizədliyini Demokratlar Partiyasından irəli sürüb.

69 yaşlı Robert Kennedi Nyu-Yorkdan seçilmiş keçmiş senator, ABŞ-ın keçmiş Baş prokuroru Robert Kennedinin oğlu (həm də onun adını daşıyır), ABŞ-ın eks-prezidenti Con Kennedinin qardaşı oğludur.

CNN kanalının məlumatına görə, oğul Robert Kennedi koronavirus peyvəndinə şübhə ilə yanaşır və öz çıxışlarında federal hökumətin Kovid-19 pandemiyası ilə mübarizəsini tənqid edib. Kovid və vaksinlə bağlı açıqlamalarına görə ötən il “İnstaqram” şəbəkəsi onun səhifəsini bağlayıb.

Kennedi prezident seçkilərinə iştirak eləmək üçün qeydiyyatdan keçmiş ikinci demokrat namizəddir. Birinci olaraq yazıçı Marianna Vilyamson Demokratlar partiyasından namizədliyini irəli sürüb.

Ağ Evin indiki rəhbəri, Demokratlar Partiyasından olan Co Bayden hələlik prezident seçkilərində namizədliyini rəsmən bəyan etməyib.

Hürr Tərcüman

Robert F Kennedy, Beyaz Saray için Biden'a meydan okuyacak