📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

2026-11-17 15:38:04

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu üçün bilet satışında rekord qeydə alınıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşma üçün bir sutka ərzində 8400 bilet satılıb. Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.

Xatırladaq ki, qarşılaşma noyabrın 22-si Gəncə şəhər stadionunda saat 17:00-da start götürəcək. Cari mövsüm “Kəpəz”in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-ü “Şamaxı” ilə görüşdə (15 000 nəfər) qeydə alınıb.