📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kəpəz" böyük hesabla qalib gəldi

2024-07-26 20:56:49

Yeni mövsümə hazırlaşan "Kəpəz" bu gün sonuncu yoxlama oyununu keçirib.

Hurriyyet.az xəbər verir ki, "sarı-göylər" klubun məşq mərkəzində "Pelikan" ilə qarşılaşıblar.

Matç Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkoça və Əli Səmədov fərqlənib. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.

Qeyd edək ki, "Kəpəz" bunadək 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub, "Əl-Yarmuk"a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.