"Kəpəz" heyətini braziliyalı yarımmüdafiəçi ilə genişləndirib
2024-07-30 20:45:45
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan Hurriyyet.az-a verilən məlumata görə, Viktor Braqa Gəncə klubunun şərəfini qoruyacaq.
Braziliyalı ilə "1+1" illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu ölkəsinin "Aqiya di Maraba" klubu olub.