📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kəpəz"in legioneri "Sumqayıt" yolunda - ÖZƏL

2023-05-24 21:49:00

Elitada qalmağı bacaran "Sumqayıt" klubu yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

"Kimyaçılar" sıralarını "Kəpəz"in legioneri ilə gücləndirə bilər.

Belə ki, "Gənclik şəhəri" təmsilçisi Gəncə klubunun mərkəz yarımmüdafiəçisi Ahmed Ayzaya ilə razılıq əldə edib.

27 yaşlı nigeriyalının yeni "sezon"da "Sumqayıt"da çıxış etməyə yaxındır.

Bildirək ki, 2022-ci ildən "Kəpəz"də top qovan futbolçunun "sarı-göylər"lə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatır. \\Offsideplus.az