Kərəm Aktürkoğlu Avropa nəhənginə keçir
2022-03-11 20:59:00
Türkiyə millisinin və "Qalatasaray" klubunun futbolçusu Kərəm Aktürkoğlu hazırda PSJ və Dortmund "Borussiya"sı ilə danışıqlar aparır.
Bu barədə məlumat İspaniya mətbuatında dərc olunub. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin Fransanın PSJ və Almaniyanın "Borussiya" (Dortmund) klubuyla danışıqlar apardığı qeyd olunub.
Aktürkoğlunun PSJ-yə transferi ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, adıçəkilən oyunçu 2020-ci ildən "Qalatasaray"ın formasını geyinir. O, ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Barselona" ilə keçirilən matçda (0:0) uğurlu çıxışı ilə yadda qalıb. \\Offsideplus.az