Kərəm Həsənov polis rəisi Ziya Əliyevi Qarabağ qazisinə qarşı “killer” tutub? - MƏĞRUR BƏDƏLSOY YAZIR
Hələ də Nizami polisinin sifarişlə DİN-in 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verməsi, 9 qabırğasını sındırması, tibbi yardım göstərilməsinə qadağa qoyması, mətbuatdakı çıxışına görə qisas alması, məhkəmə qərarı olmadan iki sutkalıq işgəncə yerində saxlaması, evində -yataq otağında axtarış aparılaraq kompüteri, pul da içində olmaqla qiymətli sənədləri oğurlaması faktına hüquqi qiymət verilmir. Halbuki bu halların təkcə biri prokurorluğa anında Cinayət Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq cinayət işi qaldırmağa əsas verir. Görünən budur ki, prokurorluğun özü də bu mütəşəkkil cinayətdə önəmli rol alıb.
Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə sahibkarlıqla məşğul olub çörək, dərman pulunu çıxarmaq üçün verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı əvvəllər 25 saylı II Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları borclular ƏMDK (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ), Nizami RİH-in vəzifəli şəxsləri ƏMDK sədrinin adından Rafiq Cəlilovun tərtib etdiyi, Nizami “JEK”-nin müdiri Həsən Sadıxovun imzası və ştampı ilə təsdiq etdiyi saxta şəhadətnamə ilə ələ keçirib 14.07.2011 tarixli çıxarışla qondarma fiqur Hüseynov Aydın Bəxtiyar oğlunun adına sənədləşdiriblər. Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ əlilinin tərəfində dövlətin adından çıxarılan 2 məhkəmə qətnaməsi, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsi, Azərbaycan Respublikasının Ana Qanunu – Konstitusiya , di gəl, borclu dövlət qurumları özlərinin tərəfini Konstitusiyadan da, dövlətdən də, məhkəmədən də üstün tutub və bu üstünlük - özəl imtiyaz hələ də sürür! (?) Qarabağ qazisinə dövlətin adından verilən əmlakın yiyəsi bəlli, borcluların adı bəlli, icraçıların adı bəlli!
Hazırda Prezidentin yanından baş prokurora qanunsuz göstərişlər verən , keçmiş əmlak “kralı” Kərəm Həsənov, onun müavini, Cəlilabad RİH-ə başçı təyin etdirdiyi Rafiq Cəlilov, digər müavin(lər) Rüstəm Şahbazov, Elçin Yusubov, ümumiyyətlə, ƏMDK -nın bütün qurumlarının rəhbərləri, hazırda Dövlət Statistika Komitəsinin sədri, keçmiş Nizami RİH başçısı Tahir Budaqov, onun bacanağı Nizami “JEK”-inin keçmiş, 1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxov, keçmiş başçı Arif Qasımov, onun qardaşı, Xətai icra və probasiya şöbəsinin müdiri Vüqar Qasımov , RİH müavini Qərib Məmmədov, ictimai – siyasi şöbənin müdiri, 1-ci dərəcəli Qarabağ qazisinə qarşı rüşvət özbaşınalığına ƏƏSMN -dən başlayan Əli Qüdrət oğlu Axundov, Ədliyyə Nazirliyinin icra baş idarəsi, Xətai və Nizami icra şöbələri, Xətai, Nizami və yuxarı instansiya məhkəmələri DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASINA QADAĞA QOYUBLAR! Qüvvələr nisbətini müqayisə edin, bir yanda əlində dövlətin adından çıxarılan 2 (!) məhkəmə qərarı olan 1-ci dərəcəli Qarabağ qazisi, digər yanda dövlətin adından qanunları, qərarları, normativ hüquqi aktları tətbiq etməyə borclu olan, amma borcunu , qanunu, qərarı icra etməyə qadağa qoyan DÖVLƏT MƏMURLARI! Əlbəttə, məmur 1-ci dərəcəli Qarabağ qazisinə də, dövlətə də, Konstitusiyaya da qalib gələr. Bir yandan da Prezident hər çıxışında məmurun xalqa xidmət etməyə borclu olduğunu deyir . Heç Prezidentin yanındakılar xalqa xidmət etmir, ciblərinə xidmət edir, onda qala gözdən – qulaqdan iraq məmurlar ola!
Qanunla haqq etdiyi əmlakına yiyələnə bilməyən Qarabağ qazisi ötən ilin bu günlərində baş prokurorluğun 161 qaynar xəttinə şikayət edib və əmlakı ələ keçirənlər başda Kərəm Həsənov olmaqla baş prokurorluğa necə təpiniblərsə, bir ildir adi bir izahat belə alınmayıb. Əksinə, Ədliyyə Nazirliyinin icra dələduzları Orxan Hüseynov adlı baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin prokurorunu Qarabağ qazisini şantaj etməyə şirnikləndiriblər. Qazinin qorxmadığını görüb, Nizami polisinə göstəriş verilib. Nizami RPİ-nin rəisi Ziya Əliyev anında Prezidentin yanından verilən qanunsuz göstərişə - Qarabağ qazisinə “killerliyə” əməl edib. Bu muzdlu “bespredel”in sonucunda 1-ci dərəcəli DİN-in Qarabağ qazisi indi ölüm ayağındadır.
Kərəm Həsənov isə hələ də qanunsuz zəbt etdiyi ofisi “fırlatmaqdadır”. Öncə “Kapitalbank”ın həmin ünvandakı Nizami filialının “mülkiyyətinə” verilən ofis, bank məhkəmə qarşısında geri çəkildiyindən, sonra – 2011-ci ildə Hüseynov Aydın Bəxtiyar oğluna, 10 ildən sonra isə adı bu günlərdə açıqlanan “Turkuaz -555” MMC -yə satılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarova şikayətlərə də son 8 ayda hər dəfə bir cümlə ilə cavab verilir ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 10a ünvanında 28.09.2021-ci ildə qeydə alınan hüquqi şəxs “Turkuaz -555” MMC-nin rəhbəri Türkiyə vətəndaşı Sezer Keremdir. Bəyəm bu Sezer Keremin ata adı yoxdur? Hansı hüquq müəyyənedici sənədlə orada qeydiyyata alınıb, fəaliyyət növü, nizamnamə kapitalı barədə niyə məlumat verilmir? Axı bunlar nə vergi sirridir, nə kommersiya sirri. Yəqin dövlət məmurlarının dövlət biznesi sirridir.
İstənilən halda məhkəmə qərarının icrası məcburidir və icra olunmamağa görə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılmalıdır. Bəs niyə prokurorluq, Nizami polisi borclulara yox, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə sifarişlə cinayət işi “təşkil edib”?
Məğrur BƏDƏLSOY