📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

2024-07-06 09:29:51

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilib.

***

Kərəm Mustafayev Manset.az-a açıqlamasında məlumatı təsdiq edib.