Kərəmlə Sıla tərəf müqabili oldu
2026-08-07 17:53:07
Türkiyəli aktrisa Sıla Türkoğluya yeni serialdan başrol təklifi gəlib.
Musavat.com xəbər verir ki, aktrisaya “Grand Maison İstanbul” serialında “Defne” obrazını canlandırması üçün təklif göndərilib.
Türkoğlu layihədə başrolu Kərəm Bürsinlə bölüşə bilər. Bürsin serialda “Ateş Leventoğlu” adlı aşpaz obrazını canlandıracaq.
Qeyd edək ki, 8 bölümdən ibarət olması planlaşdırılan ekran işinin çəkilişlərinin Urla şəhərində aparılması nəzərdə tutulur. Sıla Türkoğlu son olaraq “Doktor: Başka hayatta” serialında rol alıb.