Kərim Məsimov haqda həbs qərarı verildi
2022-01-11 13:16:00
Nur-Sultan İstintaq Məhkəməsi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqram kanalları məlumat yayıb.
Məsimovun dövlətə xəyanətdə ittiham olunduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə Məsimovun saxlanılması barədə məlumatlar yayılmışdı.