📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi - FOTO

2024-01-13 14:31:24

Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi - FOTO

Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunlarının qərargahında xidməti müşavirə keçirilib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.