📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərim Vəliyev türk generalla görüşdü

2023-08-08 16:18:00

Kərim Vəliyev türk generalla görüşdü

Avqustun 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.

Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub./Axar.az/