📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kərim Xan: Rusiya ilə bağlı istintaqa qərar verdim

2022-03-01 09:02:00

Kərim Xan: Rusiya ilə bağlı istintaqa qərar verdim

Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Kərim Xan Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verən hadisələrlə bağlı istintaqa başlayıb.

Axar.az xəbər verir ki, məhkəmənin saytında məlumat yayılıb.

“Ötən cümə günü mən dünya liderləri və vətəndaşlarına Ukraynada baş verənlərlə bağlı artan narahatlığımı diqqətə çatdırdım. Bu gün isə Ukraynadakı situasiya ilə bağlı tez bir zamanda istintaq başladılması üçün qərar verdiyimi elan etmək istəyirəm”, - deyə Kərim Xan bildirib.

Axar.az