📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kerimcan Durmaza həbs cəzası verildi

2026-02-02 21:03:57

Kerimcan Durmaza həbs cəzası verildi

“Qanunsuz qumar oynamağa təhrik etmək”də ittiham olunan Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmazın məhkəməsində qərar çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hürriyet” məlumat yayıb.

Məhkəmənin hökmü ilə Kerimcan Durmaz 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.